Yekaterinburqda yoxa çıxan Zahirəddin İbrahimov Bakıda – DTX-dən növbəti mühüm əməliyyat

Oxunma vaxtı:1 Dəqiqə, 3 Saniyə

Son günlərdə Ermənistan seqmentinə aid media qurumları Rusiya vətəndaşı Zahirəddin İbrahimovun DTX-nin əməliyyat tədbirləri ilə ələ keçirilərək Bakıya aparıldığını yayımlayır.

Azərbaycandakı etnik azlıqların hüquqlarının müdafiəsi komitəsinin sədri kimi təqdim edilən Zahirəddin İbrahimov Yekaterinburq şəhərində yaşayıb, illər ərzində Ermənistanın paytaxtında təşkil edilən saxta tədbirlərdə Azərbaycan əleyhinə çıxışlar edib.

O, 2005-2020-ci illərdə Ermənistanda keçirilmiş qondarma konfranslarda Azərbaycan Respublikasının əleyhinə saxta ittihamlar səsləndirib qərəzli bəyanatlar verib, Azərbaycanda separatizmi alovlandırmaq məqsədilə Ermənistanın müvafiq strukturlarının tapşırıqlarını yerinə yetirib.

Bir müddət əvvəl məsələ ilə bağlı mətbuata açıqlama vermiş vəkil Səyyarə Əliyeva müvəkkili olduğu Z.İbrahimovun həqiqətən DTX-nin istintaq təcridxanasına yerləşdirildiyini təsdiq edib. Bildirib ki, Z.İbrahimov dindirilərkən Ermənistanla əlaqələrini və digər məsələləri etiraf edib.

Rusiya vətəndaşı olan Zahirəddin İbrahimovun ələ keçirilərək Azərbaycana gətirildiyi xüsusi əməliyyat tədbirlərinin detalları hələ ki ictimaiyyətə açıqlanmayıb.

Lakin onun da Ruben Vardanyan və Arayik Harutyunyan kimilərlə yanaşı DTX-nin istintaq təcridxanasında saxlanıldığı, Azərbaycanın ərazi bütövlüyü əleyhinə yönəlmiş cinayətlərə görə digərləri kimi cavab verəcəyi artıq məlumdur.

“Konstitusiya və Suverenlik İli” elan edilmiş 2025-ci ildə uzun müddət ərzində düşmən dövlətin separatizm təbliğatının əsas aləti olmuş Zahirəddin İbrahimovun ələ keçirilərək ölkəyə gətirilməsi dövlətimizin konstitusiya quruluşu və ərazi suverenliyi əleyhinə iş aparmağa cürət edən hər kəsə aydın bir mesajdır.

Məsələ ilə redaksiyamız DTX-nin Mətbuat xidmətinə sorğu ünvanlayıb. Mövzunu diqqətdə saxlayacağıq.

Loading

Next Post

Prezident İlham Əliyev İslamofobiya ilə bağlı konfransın iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfrans iştirakçılarına müraciət ünvanlayıb.Müraciəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.