Ağ Şəhərdə partlayış baş vermiş mənzildə çıxan yanğın söndürülüb – YENİLƏNİB

Oxunma vaxtı:24 Saniyə

Bakının Xətai rayonunda, Ağ Şəhər ərazisində mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

Bakıda mənzildə partlayış baş verib.

Bu barəd  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər ərazisində mənzildə partlayış hadisəsinin baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Loading

Next Post

Sabah Ağdaşın bir hissəsində qaz olmayacaq

Sabah Ağdaş rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, “Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Şəmsabad” qazpayıcı stansiyasında mövcud qaz tənzimləyici qurğunun baypas xətti üzərində yeni tənzimləyici qurğunun quraşdırılması ilə bağlı yanvarın 16-da saat 10:00-dan etibarən işlər […]