Sarayda şagird məktəb binasından yıxıldı

Oxunma vaxtı:22 Saniyə

Abşeron rayonunda şagird məktəb binasından yıxılıb. 

Hadisə Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə qeydə alınıb.

Məktəbdə təhsil alan 8-ci sinif şagirdi Lalə Hüseynova (ad və soyad şərti) ilkin məlumata görə məktəb binasının üçüncü mərtəbəsindən ehtiyatsızlıq nəticəsində yerə yıxılıb.

Məktəbli ağır sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, xəsarət alan məktəbli Saray qəsəbəsindəki 1 nömrəli tam orta məktəbin şagirdidir. Həmin məktəb hazırda təmirdədir.(Qafqazinfo)

Loading

Next Post

Arvadını, 4 uşağını və özünü öldürdü - Türkiyədə ailə faciəsi

Türkiyədə ailə faciəsi baş verib. Kişi bütün ailə üzvlərini öldürüb. Hadisə Qaziantep şəhərinin Şahinbey rayonunda qeydə alınıb. İddiaya görə, məhəllədə bərbər işləyən Əhməd Dəmir 30 yaşlı həyat yoldaşı Əminə Dəmiri, 5 yaşlı qızı Azranı, 4 yaşlı oğlu Yusuf Eymeni, 11 yaşlı qızı Mədinəni və 6 yaşlı qızı Edanur Dəmiri silahla […]