Tramp İran nümayəndələri ilə görüşə bilər

Oxunma vaxtı:18 Saniyə

ABŞ prezidenti Donald Tramp Tehranın nüvə proqramını müzakirə etmək üçün İran nümayəndələri ilə görüşə bilər.

Bu barədə “Reuters“ Ağ Evin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, yanvarın 10-da İran rəhbərliyinin nümayəndələrinin görüşlə bağlı Trampla telefon danışığı baş tutub.

“Görüşdən əvvəl hərəkətə keçməli ola bilərik. Görüş təşkil olunmaq üzrədir. İrandan zəng ediblər. Onlar danışıqlar aparmaq istəyirlər”, – Tramp deyib.

Loading

Next Post

Şamaxıda zəlzələ olub

Pirqulu stansiyasından 9 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələ yerli vaxtla saat 03.07-də baş verib. 3 maqnitudalı zəlzələ ocağının dərinliyi 8 kilometr olub. Zəlzələ hiss olunmayıb.