Polkovnik-leytenant intihar etdi

alfonsonri
Oxunma vaxtı:25 Saniyə

Abşeron rayonunda vəzifəli şəxs intihar edib.

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təhlükəsizliyi üzrə normativ iş şöbəsinin rəisi, polkovnik-leytenant Muxtar Cəbişov özünü asaraq həyatına son qoyub. Hadisə Ceyranbatan qəsəbəsi Şahbala Hüseynov küçəsində yerləşən nömrəsiz evin həyətində baş verib. İntihar mayın 28-də qeydə alınıb.

Hadisənin baş verdiyi evin M.Cəbişovun atasına məxsus olduğu bildirilir. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, intiharla bağlı ilk məlumatı bakupost.az yayıb.

Loading

Next Post

İsrail Prezidenti Bakıya gəldi - Foto - Yenilənib

İsrail Prezidenti İshaq Hersoq Azərbaycana işgüzar səfərə yola düşüb. Bu barədə məlumatı İshaq Hersoq öz tviter hesabında paylaşıb. O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə dəvətə görə təşəkkür edib. ***İsrail Prezidenti İsxaq Hersoq mayın 30-da Azərbaycana rəsmi səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın […]