“Ali təhsillə bağlı qərarı hansısa məmur verməli deyil” – Rektor

alfonsonri
Oxunma vaxtı:42 Saniyə

“Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı əvvəlki səsləndirdiyim təkliflərim nəzərə alınmayıb. Ali təhsil qarşısında duran ciddi problemlərin həlli qanun layihəsində kənarda qalıb. İlk olaraq ali təhsilin məqsədini müəyyən etmək lazımdır. Bu, əsas məsələdir”.

Bunu Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə UNEC-in rektoru Ədalət Muradov deyib.

Rektor bildirib ki, ali təhsilin gözləntilərini özümüzə və cəmiyyətimizə bəyan etməliyik: “Qanun layihəsində ali təhsilin məqsədi ilə bağlı hissə yoxdur. Bilirik ki, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılır. Elm və təhsilin vəhdət təşkil etməsi ilə bağlı dəyişiklik qanun layihəsində öz əksini tapmayıb”.

Ə.Muradov əlavə edib ki, müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi aidiyyəti dövlət qurumu ifadəsi ali məsələdə çox təhlükəlidir:

“Ali təhsillə bağlı məsələlərə qanunvericilik formasında aydınlıq gətirilməlidir. Ali təhsillə bağlı qərarı hansısa məmur verməli deyil. Çünki hər məmurun baxışı fərqlidir”.

Loading

Next Post

Azərbaycanda ər arvadını QƏTLƏ YETİRDİ

Gəncədə qətl hadisəsi baş verib. Hadisə şəhərin köhnə avtovağzal adlanan ərazisində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü Elşən Quliyev həyat yoldaşı 1989-ci il təvəllüdlü Yeganə Hümbətovanı bıçaqla qətlə yetirib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.