Yağış yağacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ

alfonsonri
Oxunma vaxtı:32 Saniyə

Bakıda və Abşeron yarımadasında iyunun 6-sı səhərdən 8-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Azərbaycanın rayonlarında iyunun 5-dən 9-dək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, xüsusən də, Balakən-Şəki, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Mərkəzi Aran, Quba-Qusar, Dağlıq-Şirvan zonalarında yağıntıların intensiv və güclü olacağı gözlənilir.

Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Loading

Next Post

Türk lirəsini yandıran 3 əcnəbi ölkədən qovulur

İstanbulun Kağıthane bölgəsində ad günü qeyd edən 20 nəfərlik qrup 100 Türk lirəsini yandırıb. Dogrusoztv.az xarici KİV-ə istinadla xəbər verir ki, polis sözügedən restorana basqın edərək 3 nəfəri saxlayıb. Nevaf H., Hüseyin S. və Muhammet M. ifadələri alındıqdan sərbəst buraxılıblar. Onların Türkiyədən deportasiyası üçün prosesə başlanıb.