İsrail Prezidenti Bakıya gəldi – Foto – Yenilənib

alfonsonri
Oxunma vaxtı:25 Saniyə

İsrail Prezidenti İshaq Hersoq Azərbaycana işgüzar səfərə yola düşüb.

Bu barədə məlumatı İshaq Hersoq öz tviter hesabında paylaşıb.

O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə dəvətə görə təşəkkür edib.

***
İsrail Prezidenti İsxaq Hersoq mayın 30-da Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İsrail Prezidenti İsxaq Hersoqu və xanımı Mixal Hersoqu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

Loading

Next Post

İyunda neçə gün evdəyik?

İyunda qeyri-iş günlərinin sayı məlum olub. Qeyri-iş günlərinin sayı Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin Qərarına əsasən müəyyənləşib. İyunun 15-də Milli Qurtuluş Günüdür. 26 iyun Silahlı Qüvvələri Günü, iyunun 28, 29-u isə Qurban bayramı günləridir.İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə […]