Daxili işlər naziri İsmayıllıda qəbul keçirəcək

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari il iyun ayının 13-də İsmayıllı Rayon Polis Şöbəsinin inzibati binasında Ağsu, İsmayıllı, Göyçay, Qobustan, Şamaxı şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək. 

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 12.06.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. 

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Loading

Next Post

Ölkədə şirin su ehtiyatlarında ciddi azalma var

“Azərbaycanda şirin su ehtiyatlarında ciddi azalma var”. Bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib. O bildirib ki, sudan qanunsuz istifadənin qarşısını almaq üçün xüsusi qruplar yaradılıb. “Sudan qanunsuz istifadə hallarına rast gəlinib”.