Allahşükür Paşazadə ABŞ-yə səfərə yola düşür

DogruSozTv Az
Oxunma vaxtı:29 Saniyə

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarına səfərə yola düşür.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsin-dən məlumat verilib.

Qeyd edilib ki, İsa Məsih sonuncu gün müqəddəsləri kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatına səfər proqramına uyğun olaraq A. Paşazadə ştat rəhbərliyi ilə görüşlər keçirəcək, bir sıra tədbirlərdə iştirak edəcək.

ABŞ-a səfəri çərçivəsində şeyxülislamın Vaşinqtonda dinlərlə bağlı qurumlarda, habelə Senat və Konqres üzvləri ilə görüşləri nəzərdə tutulur.

QMİ sədrinin həmçinin Nyu-Yorkda BMT rəsmiləri, “Dinlər Sülh uğrunda” Təşkilatı və “Vicdana çağırış” Fondunun rəhbərləri və başqaları ilə görüşləri də planlaşdırılır.

Loading

Next Post

Paşinyan Ermənistan və Azərbaycan arasındakı sülhü tarixi hadisə adlandırıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün təmin edilməsini tarixi hadisə adlandırıb və bunun Azərbaycan və Ermənistan hökuməti və xalqları üçün bir nailiyyət olduğunu qeyd edib. O, bunu Strasburqda AŞPA-nın iclasındakı çıxışında bildirib. “ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunmasını təsdiqləyən bəyannamə qəbul edilib. ABŞ […]