Azərbaycanda bəzi limanlar bağlanıb

Oxunma vaxtı:35 Saniyə

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar bəzi limanlarda gəmilərin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.

“Əlverişsiz hava şəraiti səbəbindən Qaradağ, Dübəndi və Sahil limanlarına gəmilərin giriş-çıxışı müvəqqəti olaraq dayandırılıb. Digər limanlarda isə fəaliyyət normal qaydada davam edir”, – o vurğulayıb.

Qeyd edək ki, hazırdxa ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürməkdədir. Məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 5-6-da düşən yağıntının miqdarı 90 mm qeydə alınıb. Bu da aylıq normanın 390%-ni təşkil edir. Müşahidə olunan qeyri-sabit hava şəraitinin Bakıda və Abşeron yarımadasında aprelin 6-sı axşamadək davam edəcəyi proqnozlaşdırılır.

Loading

Next Post

Prezidentin Tbilisidə rəsmi qarşılanma mərasimi keçirilir 

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın paytaxtı Tbilisidə rəsmi qarşılanma mərasimi olub. Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirildi. Prezidentlər fəxri qarovul dəstəsinin […]