BŞİH: Yağış səbəbindən təhlükəli vəziyyətdə olan ərazilərin sakinləri müvəqqəti hotellərə yerləşdirilib

Oxunma vaxtı:33 Saniyə

Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində təhlükəli vəziyyətdə olan bəzi yaşayış məkanlarının sakinləri müvəqqəti olaraq hotellərə yerləşdirilib.

Bu barədə Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Bakının qəsəbələrində yağış fəsadlarının aradan qaldırılması davam etdirilir.

Qeyd edilib ki, Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində bəzi ərazilərdə subasma halları müşahidə edilmişdir, bir çox yerlərdə yığılan sular artıq təmizlənsədə bəzi ərazilərdə bu iş davam etdirilir.

Mövcud vəziyyətlə bağlı sakinlər tərəfindən rayon icra hakimiyyətlərinə müraciətlər daxil olub. Müraciətlər əsasında Sabunçu, Xəzər, Binəqədi rayonlarında təxliyə işləri aparılıb.

Vurğulanıb ki, hazırda sözügedən rayonların qəsəbələrində xüsusi texnikalar vasitəsilə suyun çəkilməsi işləri davam etdirilir.

Loading

Next Post

Donald Tramp: İranın bərpası üçün ən azı 10 il tələb olunacaq

ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı qrafikdən iki həftə irəli olmaqla davam etdirilir.Bunu ABŞ Prezidenti Donald Tramp “CBS News”a müsahibəsində bildirib. “Mən deyərdim ki, biz qrafikdən iki həftə irəlidəyik”, – Tramp hərbi əməliyyatın nə vaxt başa çata biləcəyi ilə bağlı suala cavab verərkən deyib. Onun sözlərinə görə, İran artıq […]