Ermənilər Gədəbəy və Şuşanı ATƏŞƏ TUTDU

alfonsonri
Oxunma vaxtı:27 Saniyə

İyunun 16-sı saat 00:15-dən saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan başqa, saat 00:50-dən saat 04:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Loading

Next Post

Tanınmış hakimin vəziyyəti pisləşdi - İşlərini dayandırdı

Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İlqar Qılıcovun səhhətində problem yaranıb. “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, İ.Qılıcovun icraatında olan bütün işlər xəstəliyi ilə əlaqədar başqa hakimlər arasında bölüşdürülüb. Hakim həkim tövsiyəsi ilə müvəqqəti olaraq vəzifəsinin icrasını dayandırıb, hazırda müalicə olunur. Qeyd edək ki, 57 yaşlı İlqar Qılıcov 17 ildir ən üst instansiyada hakim […]