Türkiyə Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

alfonsonri
Oxunma vaxtı:19 Saniyə

Azərbaycanda dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Şəhidlər xiyabanını ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Rəcəb Tayyib Ərdoğan “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Türkiyə Prezidenti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoydu, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb.

Ali qonaq Xatirə kitabına ürək sözlərini yazıb.

Loading

Next Post

Ərdoğanın nümayəndə heyəti ilə Sinan Oğan da Bakıya gəlib

Xəbər verdiyimiz kimi, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıra gəlib. İki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Rəsmi səfərdə Ərdoğanı Türkiyədə ATA İttifaqından prezidentliyə keçmiş namizəd Sinan Oğan müşayiət edir. Sözügedən görüntüləri təqdim edirik: