Milli Məclisin sədri: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişir, yeni imkanlar açır

DogruSozTv Az
Oxunma vaxtı:28 Saniyə

 
Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişir, yeni imkanlar açır.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusuna həsr edilmiş xüsusi iclasında deyib.

Onun sözlərinı görə, Zəngəzur dəhlizi çox ciddi əhəmiyyətə malikdir. 

S.Qafarova Vaşinqton razılaşmasının ardınca beynəlxalq ictimaiyyətin də müsbət reaksiyalarının olduğunu qeyd edib.

Spiker ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasına da toxunaraq bunun sülh prosesinə töhfə verəcəyini vurğulayıb.

“Regionumuzda uzunmüddətli sülh və əməkdaşlıq üçün təməl yaradılmaqdadır. Bütün bunlar Prezident İlham Əliyevin sülh diplomatiyası və liderliyinin bariz göstəricisidir”, – S.Qafarova söyləyib.

Loading

Next Post

Bakının Xətai prospektində təmir işlərinə başlanılıb

Bakının Xətai prospektində təmir işlərinə başlanılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, təmir işləri prospektin Süleyman Rəhimov küçəsindən Əbdüləzəl Dəmirçizadə küçəsinədək olan 1 740 metrlik hissəsini əhatə edir. Ortalama eni 18-19 metr olan prospektdə hazırda köhnə asfalt-beton örtüyünün aşınma qatının frezlənməsi işləri həyata keçirilir. Layihə […]