Bakının Xətai prospektində təmir işlərinə başlanılıb

DogruSozTv Az
Oxunma vaxtı:36 Saniyə

Bakının Xətai prospektində təmir işlərinə başlanılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, təmir işləri prospektin Süleyman Rəhimov küçəsindən Əbdüləzəl Dəmirçizadə küçəsinədək olan 1 740 metrlik hissəsini əhatə edir. Ortalama eni 18-19 metr olan prospektdə hazırda köhnə asfalt-beton örtüyünün aşınma qatının frezlənməsi işləri həyata keçirilir.

Layihə çərçivəsində zəruri hissələrdə mövcud piyada səkilərinin bərpası və yeni səki daşlarının düzülməsi, prospektə yeni asfalt-beton örtüyünün döşənməsi, yeraltı kommunikasiya xətlərinə aid baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və yenilənməsi, həmçinin yeni baxış qapaqları və yağış barmaqlıqlarının quraşdırılması işlərinin görülməsi nəzərdə tutulur.

Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə həyata keçirilir. Son mərhələdə avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsiz və nizamlı təşkili məqsədilə üfüqi nişanlama xətlərinin çəkilməsi təmin olunacaq.

Loading

Next Post

Bakı–Sumqayıt yolunda avtoqəza olub, tıxac yaranıb

Bakı–Sumqayıt avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, yolda sıxlıq yaranıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.  Bildirilib ki, sürücülər avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkmədiyinə görə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra avtomobillər kənara çəkilib […]