Müddəti başa çatan vergi güzəştlərinə yenidən baxılacaq

Oxunma vaxtı:32 Saniyə

Azərbaycanda effektivliyi kifayət qədər əsaslandırılmayan, iqtisadi fəallığa və investisiya mühitinə təsiri məhdud olan güzəşt və azadolmaların ləğvi və ya əhatə dairəsinin məhdudlaşdırılması nəzərdə tutulur.

Bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsində bildirilib.

Qeyd olunub ki, vergi siyasətinin əsas istiqamətlərindən biri müddəti başa çatan vergi güzəşt və azadolmalarının fiskal və iqtisadi səmərəliliyinin yenidən qiymətləndirilməsidir. Bu çərçivədə onların tətbiqinin məqsədəuyğunluğu müəyyənləşdirilir. Effektivliyi kifayət qədər əsaslandırılmayan, iqtisadi fəallığa və investisiya mühitinə təsiri məhdud olan güzəşt və azadolmaların ləğvi və ya əhatə dairəsinin məhdudlaşdırılması nəzərdə tutulur. Eyni zamanda, prioritet sahələr üzrə zəruri hesab edilən güzəştlərin daha məqsədli və nəticəyönümlü şəkildə tətbiqinin davam etdirilməsi planlaşdırılır.

Loading

Next Post

Nazirlər Kabineti hasilatın pay bölgüsündə Azərbaycanın öhdəliklərini təsdiqləyib

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və MOL Vector Ltd arasında Azərbaycan Respublikasının Şamaxı, Qobustan, Abşeron, Hacıqabul və Ağsu rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri barədə” qərar verib. Qərara əsasən, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti […]