Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Oxunma vaxtı:19 Saniyə

Elçin Nəriman oğlu Hüseynli Azərbaycanın Hindistanda, eyni zamanda Banqladeşdə, Butan Krallığında, Maldiv Respublikasında, Nepalda və Şri-Lanka Demokratik Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə E.Hüseynli Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Elçin Hüseynli 2023-cü ildə Azərbaycanın Hindistandakı səfiri təyin edilmişdi.

Loading

Next Post

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Qəvvam oğlu Əskərov geri çağırılıb. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Qeyd edək ki, Əlimirzamin Əskərov 2021-ci ilin iyulun 16-dək bu vəzifəyə təyin edilmişdi. Elxan […]