Türkiyə, Gürcüstan və İraq din xadimləri Azərbaycana səfər edəcəklər

DogruSozTv Az
Oxunma vaxtı:42 Saniyə

Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyəti “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində Azərbaycana səfər edəcək.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə sentyabrın 6-da baş tutacaq səfərin məqsədi milli-mənəvi dəyərlərin qorunması, xaricdə yaşayan soydaşların tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi və Azərbaycan həqiqətlərinin təbliğidir.

Səfər ərzində nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını, Zəfər parkını və Zəfər muzeyini, Türk Şəhidliyi abidəsini, Heydər məscidini, Bibiheybət məscid-ziyarətgah kompleksini ziyarət edəcək. Din xadimləri, həmçinin Azərbaycan İlahiyyat İnstitutunda olacaqlar. Növbəti günlərdə qonaqların Şuşa, Xankəndi və Ağdamda olan tarixi-dini abidələr, qədim ibadətgahlar, mədəni irs nümunələri, o cümlədən işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə tanışlığı nəzərdə tutulur.

50-ə yaxın azərbaycanlı din xadiminin iştirak edəcəyi səfər proqramı sentyabrın 10-da yekunlaşacaq.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Rusiya Ukraynanın bir neçə logistika və liman infrastruktur obyektinə zərbə endirib

Rusiya qoşunları Ukraynanın bir neçə logistika və liman infrastruktur obyektinə zərbə endirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Kiyev regionundakı Eko-Avtotexniks logistika mərkəzinə zərbə endirilib. Bundan əlavə, Rusiya MN Yujnıy limanında bir yük daşıyan gəminin məhv edildiyini açıqlaylb. Nazirliyin məlumatına görə, Çornomorsk limanında bir yük daşıyan gəmiyə, […]