Aİ Ukraynaya nadir torpaq metalları üzrə saziş təklif edib

Oxunma vaxtı:22 Saniyə

Avropa İttifaqı (Aİ) Ukraynaya nadir torpaq metallarının istifadəsi ilə bağlı öz sazişini təklif edib.

Bunu Avropa komissarı Stefan Sejurne bildirib.

“Avropanın ehtiyac duyduğu 30 kritik materialdan 21-i qarşılıqlı faydalı tərəfdaşlıq çərçivəsində Ukrayna tərəfindən verilə bilər”, – S.Sejurne qeyd edib.

O, potensial müqavilənin şərtlərini, Aİ ölkələrinin iddia etdiyi mineralları təqdim etməyib.

Qeyd edək ki, daha əvvəl ABŞ Ukraynaya 500 milyard dollarlıq fondun yaradılmasını nəzərdə tutan nadir torpaq metalları haqqında saziş təklif edib.

Loading

Next Post

Ukraynada prezident seçkiləri müharibə bitdikdən sonra keçiriləcək

Ukraynada prezident seçkiləri müharibə bitdikdən və möhkəm sülh təmin edildikdən sonra elan ediləcək. Bu barədə Ali Radasının bəyanatında bildirilib. “Rada demokratiyaya dəstək haqqında qərarı dəstəkləyib”, – “Avropa Həmrəyliyi” fraksiyasının üzvü Aleksey Qonçarenko bildirib.