Dövlət Agentliyinin yeni sədr müavini kimdir? – DOSYE

Oxunma vaxtı:42 Saniyə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyində yeni təyinat olub.

Bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Vüqar Qurban oğlu Məmmədov ƏƏSMN tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilib.

V.Məmmədov bunadək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədrinin müavini vəzifəsində işləyib.

O, 4 oktyabr 1969-cü ildə Bakı şəhərində anadan olub. 1976–1986-cı illərdə Bakı şəhəri 42 nömrəli tam orta məktəbi bitirib. 1986–1992-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb.
1999–2004-cü illərdə Bakı Dövlət Universitetində Hüquq fakültəsində təhsil alıb.

Tibb elmləri doktoru, Hüquq elmləri doktoru, professor, məhkəmə-tibbi ekspert, hüquqşünas – tibbi hüquq, məhkəmə təbabəti, bioetika və insan hüquqları sahələrində milli və beynəlxalq ekspertdir

Qeyd edək ki, təyinat haqda ilk xəbəri “Unikal.az” yayıb.

Loading

Next Post

Azərbaycan və İordaniya viza rejimini ləğv edir

Azərbaycan və İordaniya ümumvətəndaş pasportlarının sahibləri üçün qarşılıqlı viza rejimini ləğv edir. Müvafiq sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun iordaniyalı həmkarı Əymən Əs-Safadi imzalayıblar. Bundan əlavə, XİN başçıları iki ölkənin hökumətləri arasında energetika sahəsində Anlaşma Memorandumu imzalayıblar.