SEPAH Sərik adasına hücum xəbərindən sonra ABŞ hava bazasına zərbə endirdiyini bildirib

Oxunma vaxtı:24 Saniyə

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bazar ertəsi səhər saatlarında ABŞ ordusunun Hörmüzqan əyalətinin Sərik adasında telekommunikasiya qülləsinə hücum etdiyini açıqlayıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, məlumata əsasən, bundan sonra SEPAH-ın Aerokosmik Qüvvələrinin döyüşçüləri hücumun edildiyi hava bazasını hədəf alıb və müəyyən edilən hədəflər vurulub.

SEPAH hücum təkrarlanacağı təqdirdə, cavabın tamamilə “fərqli olacağı” barədə xəbərdarlıq edib və bunun məsuliyyətinin ABŞ-ın üzərində olduğunu bildirib.

Qeyd edək ki, açıqlamada hücumun vaxtı və nəticələri ilə bağlı əlavə detallara yer verilməyib.

Loading

Next Post

Kamran Əliyev Şəmkirdə vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev Şəmkirdə vətəndaşları qəbul edəcək. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş prokuror iyunun 5-də, saat 10:00-da Şəmkir rayon prokurorluğunun inzibati binasında Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayon sakinlərinin qəbulunu keçirəcək. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şəmkir rayonuna gəlmələrinin təşkili rayon prokurorları […]