Kamran Əliyev Şəmkirdə vətəndaşları qəbul edəcək

Oxunma vaxtı:34 Saniyə

Baş prokuror Kamran Əliyev Şəmkirdə vətəndaşları qəbul edəcək.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş prokuror iyunun 5-də, saat 10:00-da Şəmkir rayon prokurorluğunun inzibati binasında Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şəmkir rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Loading

Next Post

Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasını prioritet adlandırıb

Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa can atır və bu məqsədə nail olunması ölkənin xarici siyasətinin balanslaşdırılması prosesinin başa çatmasına gətirib çıxaracaq. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesablarında bildirib. “Əminəm ki, biz Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına nail olacağıq, bu isə o deməkdir ki, balanslaşdırılmış xarici […]