Hərbi Prokurorluqda yeni – Təyinatlar

Oxunma vaxtı:19 Saniyə

Respublika Hərbi Prokurorluğunda yeni təyinatlar olub.

Baş prokuror Kamran Əliyevin əmri ilə Nihad Şıxəliyev Respublika Hərbi prokurorun müavini təyin olunub. O, bu vəzifədə Mehdi Hüseynzadəni əvəzləyib. N.Şıxəliyev bu təyinatadək Hərbi Prokurorluğun Ərizə və müraciətlər şöbəsinin rəisi olub.

Baş prokurorun digər əmri ilə Baş Prokurorluğun İstintaq İdarəsinin böyük prokuroru Ağakişi Acalov tutduğu vəzifədən azad edilərək Sumqayıt şəhər hərbi prokuroru təyin edilib.

Loading

Next Post

ABŞ Zəngəzur dəhlizinin idarə edilməsini öz üzərinə götürməyə hazır olduğunu bildirib

ABŞ Zəngəzur dəhlizini öz nəzarətinə götürməyə hazır olduğunu bildirib. Bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib. Diplomatın sözlərinə görə, ABŞ 100 il müddətinə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib. “Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək”, – səfir vurğulayıb. Tom […]