ABŞ Zəngəzur dəhlizinin idarə edilməsini öz üzərinə götürməyə hazır olduğunu bildirib

Oxunma vaxtı:21 Saniyə

ABŞ Zəngəzur dəhlizini öz nəzarətinə götürməyə hazır olduğunu bildirib.

Bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib.

Diplomatın sözlərinə görə, ABŞ 100 il müddətinə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib.

“Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək”, – səfir vurğulayıb.

Tom Barrak həmçinin qeyd edib ki, bu təklifin əsas məqsədi Azərbaycan və Ermənistan arasında diplomatik danışıqların irəliləməsinə kömək etməkdir.

Loading

Next Post

Nazirlər Kabineti kənd təsərrüfatının siyahıyaalınmasına dair qərarını dəyişib

Nazirlər Kabineti “2025-ci ildə kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” 4 oktyabr 2023-cü il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Dövlət Statistika Komitəsi kənd təsərrüfatının siyahıyaalınması başa çatdıqdan sonra bu məqsəd üçün alınmış planşet tipli kompüterlərin Elm və Təhsil […]