KİV: Ukrayna, ABŞ və Rusiya Zaporojye AES-in idarə olunmasını müzakirə edə bilər

Oxunma vaxtı:36 Saniyə

Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin üçtərəfli formatda növbəti görüşündə Zaporojye Atom Elektrik Stansiyasının (AES) idarə olunması məsələsi müzakirə edilə bilər.

Bu barədə “Ukrainska pravda” diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

“Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən təsdiqlənmiş qrupların növbəti görüşündə danışıqlara energetika üzrə mütəxəssislər də cəlb oluna bilər”, – mənbələr qeyd edib.

İlkin məlumatlara görə, söhbət Zaporojye AES-i kimin və hansı formatda idarə etməli olduğu məsələsinə toxunacaq.

Qeyd olunub ki, əgər məsələ həqiqətən qaldırılarsa və bu barədə məqbul mexanizm tapmaq mümkün olsa, faktiki olaraq bu, danışıqlar qruplarının işinin özünü tükətməsi demək olacaq. Bu məsələlərin danışıqlarda müzakirəsindən sonra liderlər səviyyəsində görüş ehtiyacı daha kəskin hiss olunacaq.

Daha əvvəl KİV yeni danışıqlar raundunun fevralın 26-da Cenevrədə keçirilə biləcəyi barədə məlumat yayıb.

Loading

Next Post

Prezident BMT-nin "Kibercinayətkarlığa qarşı" Konvensiyası üzrə səlahiyyətli orqanları müəyyən edib

Azərbaycanın Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) “Kibercinayətkarlığa qarşı” Konvensiyasının Azərbaycanın müvafiq bəyanatları və qeyd-şərtləri ilə təsdiq edilməsi haqqında Qanunu imzalayıb. Qanuna əsasən, Konvensiya çərçivəsində kibercinayətlərlə bağlı qarşılıqlı hüquqi yardım barədə sorğuların qəbulu, icrası və ya belə sorğuların icraya məsul olan orqanlara göndərilməsi, kibercinayətkarlığın qarşısının alınması məqsədilə digər iştirakçı […]