İran Hörmüz boğazını bağlayır

Oxunma vaxtı:22 Saniyə

İran hərbi təlimlər zamanı Hörmüz boğazının bir hissəsini bir neçə saatlıq bağlayacaq.

Bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, bu gün “Hörmüz boğazının ağıllı idarə olunması” dəniz təlimləri zamanı təhlükəsizlik və naviqasiya qaydalarına riayət olunmasını təmin etmək üçün Hörmüz boğazının bəzi hissələri bir neçə saatlıq bağlanacaq.

İran fevralın 16-da Yaxın Şərqdəki gərginlik və ABŞ-ın bölgədəki hərbi iştirakının artması fonunda “Hörmüz boğazının ağıllı idarə olunması” dəniz təlimlərinə başlayıb.

Loading

Next Post

Vardanyan cəzasına çatdı: Azərbaycan məhkəməsi sülhə qarşı çıxanlara dərs keçdi - ŞƏRH

Azərbaycana və vətəndaşlarına qarşı törətdiyi əməllərə görə Ermənistanın daha bir vətəndaşına fevralın 17-də hökm oxunub. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə maddələri üzrə və başqa ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun qərar […]