Kiyevə PUA hücumu olub, iki nəfər yaralanıb

Oxunma vaxtı:19 Saniyə

Kiyevə gecə hücumları nəticəsində iki nəfər xəsarət alıb.

Bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, pilotsuz uçuş aparatlarının qalıqlarının düşməsi nəticəsində iki yaşayış binasının pəncərələri zədələnib, nəticədə iki qadın yaralanıb: onlardan biri xəstəxanaya yerləşdirilib, digərinə isə yerində yardım göstərilib.

Bundan başqa, PUA qalıqları mülki obyektlərin, o cümlədən ticarət mərkəzi, uşaq bağçası, ofis binaları və parklanma yerinin yaxınlığına düşüb.

Loading

Next Post

Nazir: Mədəniyyət sahəsində normativ hüquqi baza təkmilləşdirilməlidir

Mədəniyyət sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi zərurəti var. Bunu mədəniyyət naziri Adil Kərimli Bakıda keçirilən “LEGIS” Beynəlxalq Hüquq Forumunda deyib. Onun sözlərinə görə, ixtisaslı hüquqşünaslara ehtiyac var: “Hüquqi baza adi yanaşmalarla həyata keçirilə bilmir. Müəyyən çətinliklər var. Bu səbəbdən ixtisaslı hüquqşünasların olması bunun üçün önəmlidir”.