ABŞ husilərə məxsus PUA-nı zərərsizləşdirib

Oxunma vaxtı:18 Saniyə

ABŞ ordusu husilərin Qırmızı dənizdə ona məxsus “USS Philippine Sea” və “USS Laboon” gəmilərinə doğru buraxdığı pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, husilər həmçinin Malta bayrağı altında üzən Yunanıstanın “Cyclades” gəmisinə üç ballistik raket və üç PUA ilə hücum ediblər. Amma gəmi və ekipaj üzvləri xəsarət almayıb.

Loading

Next Post

Çempionlar Liqasında yarımfinal görüşləri başlayır

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk görüşlərinə start veriləcək. Birinci oyunda “Bavariya” və “Real” kollektivləri üz-üzə gələcək. Hər iki komanda 1/4 finalda İngiltərə klubunu mübarizədən kənarlaşdırıb. Almanlar “Arsenal”a qalib gəlibsə, “Kral klubu” “Mançester Siti”dən güclü olub. “Allianz Arena”da keçiriləcək matç saat 23:00-da başlayacaq. UEFA Çempionlar Liqası Yarımfinal, ilk […]