Çempionlar Liqasında yarımfinal görüşləri başlayır

Oxunma vaxtı:27 Saniyə

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk görüşlərinə start veriləcək.

Birinci oyunda “Bavariya” və “Real” kollektivləri üz-üzə gələcək.

Hər iki komanda 1/4 finalda İngiltərə klubunu mübarizədən kənarlaşdırıb. Almanlar “Arsenal”a qalib gəlibsə, “Kral klubu” “Mançester Siti”dən güclü olub.

“Allianz Arena”da keçiriləcək matç saat 23:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

Yarımfinal, ilk oyun

30 aprel

23:00. “Bavariya” (Almaniya) – “Real” (İspaniya)

Baş hakim: Klement Turpin (Fransa).

Münhen, “Allianz Arena” stadionu.

Qeyd edək ki, mayın 1-də yarımfinal mərhələsinin digər oyununda “Borussiya” Dortmundda PSJ-ni qəbul edəcək.

Loading

Next Post

Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Pakistan İslam Respublikasının MUSLİM İnstitutunun direktoru, Cunaqad Ştatının Baş naziri Sahibzadə Sultan Əhməd Əlini qəbul edib. Görüşdə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanıb, bu tədbirin müxtəlif mədəniyyətlərin nümayəndələri arasında əlaqələrin qurulması işinə töhfə verdiyi qeyd olunub. Söhbət zamanı Azərbaycan-Pakistan əlaqələrinə toxunularaq […]