Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib

Oxunma vaxtı:32 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Pakistan İslam Respublikasının MUSLİM İnstitutunun direktoru, Cunaqad Ştatının Baş naziri Sahibzadə Sultan Əhməd Əlini qəbul edib.

Görüşdə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanıb, bu tədbirin müxtəlif mədəniyyətlərin nümayəndələri arasında əlaqələrin qurulması işinə töhfə verdiyi qeyd olunub.

Söhbət zamanı Azərbaycan-Pakistan əlaqələrinə toxunularaq iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, müxtəlif məsələlərlə bağlı Azərbaycanın və Pakistanın daim bir-birini dəstəkləməsinin önəmi vurğulanıb.

Görüşdə Ulu Öndər Heydər Əliyevin Pakistana səfərinin iki ölkə arasında əlaqələrin təməlini qoyduğu qeyd edilib və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin və görüşlərin münasibətlərimizin möhkəmlənməsi işinə töhfə verdiyi bildirilib.

Loading

Next Post

Bakının mərkəzində sürət yarışına çıxan avtomobillərin törətdiyi zəncirvari qəzanın görüntüləri yayılıb - YENİLƏNİB

Bakının mərkəzində 9 maşının toqquşmasına səbəb avtomobillərin qəzanın görüntüləri yayıb. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, qəza zamanı 1 ədəd müşahidə kamerası və onun idarəetmə qutusuna zərər dəyib. 09:30 Bakının Rəşid Behbudov küçəsində 9 maşının toqquşmasına səbəb avtomobillərin sürət yarışına çıxması olub. Bu […]