Heydər Əliyev hər zaman sülhün tərəfdarı olub – Şalva Papuaşvili

alfonsonri
Oxunma vaxtı:25 Saniyə

Heydər Əliyev hər zaman Qafqaz regionunda sülhün bərqərar olunmasının tərəfdarı olub.

Bunu Gürcüstan parlamentin sədri Şalva Papuaşvili Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib.

“Azərbaycanın çətin dövründə Heydər Əliyev ölkəsini bu vəziyyətdən çıxardı. Heydər Əliyev çətin zamanda bir siyasətçi üçün ən vacib olanı edib, xalqın ürəyini qazandı. Ölkədə bir çox uğurların adı Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Gürcüstan və Azərbaycan arasında əlaqələrin inkişafına xüsusi yanaşıb. Bunu biz yüksək qiymətləndiririk”,- deyə spiker bildirib.

Loading

Next Post

Mirziyoyev Füzulidə açılışa qatılacaq

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev işğaldan azad olunmuş Füzulidə məktəb binasının açılışında iştirak edəcək. Bunu Bakıda səfərdə olan Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva deyib. “Azərbaycan xalqı öz tarixi torpaqlarını geri qaytarıb. Bu gün Qarabağda böyük işlər görülür. Özbəkistan da bu işlərə töhfə vermək üçün Füzulidə ümumi təhsil məktəbinin tikintisini […]