Mirziyoyev Füzulidə açılışa qatılacaq

alfonsonri
Oxunma vaxtı:42 Saniyə

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev işğaldan azad olunmuş Füzulidə məktəb binasının açılışında iştirak edəcək.

Bunu Bakıda səfərdə olan Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva deyib.

“Azərbaycan xalqı öz tarixi torpaqlarını geri qaytarıb. Bu gün Qarabağda böyük işlər görülür. Özbəkistan da bu işlərə töhfə vermək üçün Füzulidə ümumi təhsil məktəbinin tikintisini aparır. Özbəkistan prezidentinin Azərbaycana səfəri zamanı məktəbin açılışı olacaq”, – deyə spiker vurğulayıb.

Qeyd edək ki, işğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan büdcəsinin vəsaiti hesabına 960 şagird yerlik məktəb binası inşa edilir. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılacaq. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa ediləcək.

Loading

Next Post

Hərbi vəzifəlilər yenidən toplandı - Fotolar

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, “N” hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir. Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin edilir. Ehtiyatdan çağırılan […]