Hərbi vəzifəlilər yenidən toplandı – Fotolar

alfonsonri
Oxunma vaxtı:26 Saniyə

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, “N” hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir.

Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin edilir.

Ehtiyatdan çağırılan hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirmək, eyni zamanda ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək və düzgün, effektiv istismar qaydalarını öyrətməkdir.

Loading

Next Post

Toyda çıxış edərkən qəfil öldü

Biləsuvar sakini toyda qəfil vəfat edib. Rayonun Nərimankənd kənd sakini, 1962-ci il təvəllüdlü Cavanşir Məmmədov şadlıq saraylarının birində yaxın qohumunun toy mərasimində çıxış edərkən halı qəflətən pisləşib. O, anidən yerə yıxılıb və dünyasını dəyişib. İlkin məlumata görə, 61 yaşlı şəxs ürəktutmadan həyatını itirib.