Baş katib: ICESCO üzv ölkələrdə elmi-tədqiqat təcrübəsinin inkişafına sərmayə yatırmağa çalışır

Oxunma vaxtı:33 Saniyə

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) üzv ölkələrdə elmi-tədqiqat təcrübəsinin inkişafına sərmayə yatırmağa çalışır.

Bunu ICESCO-nun Baş katibi Salim bin Məhəmməd əl-Malik Bakıda keçirilən PISA üzrə II ICESCO Nazirlər Konfransının açılış mərasimində deyib.

Onun sözlərinə görə, bu konfrans 2022-ci il noyabrın 9-da ICESCO-nun mənzil-qərargahında keçirilən birinci konfransın uğuruna əsaslandığı üçün böyük əhəmiyyət kəsb edir:

“Bu konfrans bizim müxtəlif qlobal mühitimizdə təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün sarsılmaz öhdəliyimizin sübutudur”.

Baş katib qeyd edib ki, konfrans iştirakçıları IV Dayanıqlı İnkişaf Məqsədində müəyyən edilmiş məqsədlərə nail olmağı hədəfləyir:

“Bu, inklüziv və bərabər keyfiyyətli təhsili təmin etmək və hər kəs üçün təhsil imkanlarını təşviq etmək deməkdir”.

Loading

Next Post

Azərbaycanda minimum əməkhaqqı artırıla bilər

Azərbaycanda aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təkliflər hazırlanır. Bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planında öz əksini tapıb. Sənəddə, həmçinin noyabrın 1-dək  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərin […]