UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Bayer 04″ü qəbul edəcək

Oxunma vaxtı:24 Saniyə

“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti matçına çıxacaq.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Almaniyanın “Bayer 04” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də başlayacaq. Görüşün baş hakimi fransalı Benua Bastyendir.

UEFA Avropa Liqası

1/8 final, ilk oyun

7 mart

21:45. “Qarabağ” – “Bayer 04” (Almaniya)

Baş hakim: Benua Bastyen (Fransa).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, komandalar arasında cavab görüşü martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

Loading

Next Post

Rus qadınların 8 martı keçirəcəyi şəhərlər: İrəvan, Minsk, İstanbul...

Rusiyalı qadınların 18,5%-i 8 martı İrəvanda keçirəcək. Dogrusoztv.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə “OneTwoTrip” məlumat yayıb. Qeyd olunub ki, bu, Moskvadan sonra ən populyar hava istiqamətidir. Sonrakı yerləri Belarusun paytaxtı Minsk (16,6%) və Türkiyənin İstanbul şəhəri (6,2%) tutur.