Bakının mərkəzində sürət yarışına çıxan avtomobillərin törətdiyi zəncirvari qəzanın görüntüləri yayılıb – YENİLƏNİB

Oxunma vaxtı:33 Saniyə

Bakının mərkəzində 9 maşının toqquşmasına səbəb avtomobillərin qəzanın görüntüləri yayıb.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəza zamanı 1 ədəd müşahidə kamerası və onun idarəetmə qutusuna zərər dəyib.

09:30

Bakının Rəşid Behbudov küçəsində 9 maşının toqquşmasına səbəb avtomobillərin sürət yarışına çıxması olub.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli məlumat yayıb.

O bildirib ki, bu gecə saat 00:54-də Bakının Nəsimi rayonunun Rəşid Behbudov küçəsində doqquz avtomobilin toqquşması ilə zəncirvari qəza olub:

“Hadisə nəticəsində bir nəfər xəsarət alıb, ilkin səbəb olaraq nəqliyyat vasitələrinin sürət yarışına çıxması göstərilir. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.”

Loading

Next Post

Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuna direktor müavini təyin olunub

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuna direktor müavini təyin olunub. “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, bu vəzifəyə Afət Əkbərova gətirilib və aprelin 30-dan işinin icrasına başlayıb. Ona eyni zamanda institutda baş həkim əvəzi vəzifəsi də həvalə olunub. Qeyd edək ki, A.Əkbərova Səhiyyə Nazirliyi […]