Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu təbrik edib

Oxunma vaxtı:44 Saniyə

Prezident İlham Əliyev Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu göndərib.

Doğrusöztv.Az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Əlamətdar ildönümü – qardaş Türkmənistanın müstəqilliyinin 30 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Türkmənistan arasındakı əlaqələr ortaq milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olan qardaş xalqlarımızın iradəsindən qaynaqlanır. Məmnunluqla qeyd etmək istəyirəm ki, müstəqillik illəri ərzində ölkələrimiz və xalqlarımız arasındakı ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənmiş, qarşılıqlı faydalı əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş və yeni məzmun kəsb etmişdir.

İnanıram ki, möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz, zəngin potensiala malik ikitərəfli və çoxtərəfli əməkdaşlığımız bundan sonra da dinamik və ardıcıl şəkildə inkişaf edərək xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə, hörmətli Qurbanqulu Məlikquliyeviç, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Türkmənistan xalqına daim rifah və firavanlıq arzulayıram”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Gələn il can Azərbaycandan başlayaraq, "Teknofest"i bütün müttəfiq ölkələrdə keçirəcəyik - Ərdoğan

Gələn il can Azərbaycandan başlayaraq, “Teknofest”i bütün müttəfiq ölkələrdə keçirəcəyik. Doğrusöztv.Az xəbər verir ki, bunu Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Teknofest”i beynəlxalq brendə çevirəcəyik”, – deyə Türkiyə Prezidenti qeyd edib. Onun sözlərinə görə, 2018-ci ildə “Teknofest” – texnologiya festivalı ilk dəfə keçiriləndə burada 14 texnoloji yarışma təşkil olunmuşdu və […]