Azərbaycanda dərman vasitələri istehsal olunacaq

alfonsonri
Oxunma vaxtı:41 Saniyə

Azərbaycanda dərman vasitələrinin istehsalına başlanılacaq.

Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov məlumat verib.

O bildirib ki, dərman istehsalı sahəsində xeyli geri qalmışıq: “Amma indi Ələt Azad İqtisadi Zonasında bir neçə dərman istehsalı müəssiələrinin tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Türkiyədən, İsraildən və başqa ölkələrdən şirkətklər var. Bu istiqamətdə hökumət, müvafiq qurumlar işlərə başlayıb və gələcəkdə bunun nəticələrini görəcəyik”.

Komitə sədri vurğulayıb ki, Azərbaycanın dərman bitki ehtiyatları var: “Bununla da bir çox dərmanları özümüz də istehsal edə bilərik. Zavod və fabriklərin yaradılması bu işə təkan vermiş olar. Xarici ölkələrdən asılılığımızı həll edə bilsək, həm dərmanların keyfiyyətinə, həm də qiymətlərin aşağı olmasına nəzarət etmiş olacağıq. Hazırda bu sahədə xaricdən asılı olduğumuzdan müəyyən problemlər yaşayırıq. Qiymətlərin yüksək olmasının obyektiv səbəbləri var. Özəl şirkətlər dərmanları aşağı qiymətə sata bilmədiklərindən ölkəyə gətirilməsində maraqlı deyillər”.

Loading

Next Post

Ceyhun Bayramovla israilli həmkarı bu məsələləri müzakirə etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramkovla israilli həmkarı Eli kohen arasında müzakirə olunan məsələləri açıqlayıb. Görüş zamanı Azərbaycanla ilə İsrail arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıqdan məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi, ticarət, o cümlədən energetika, təhsil, yüksək texnologiyalar, hərbi-texniki və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri […]