Venesuelada seçkisonrası etirazlar SƏNGİMİR

Oxunma vaxtı:19 Saniyə

Venesuelada prezident seçkilərindən sonra etirazlar üçüncü gündür ki, səngimir.

Hüquq müdafiəçilərinin məlumatına görə, azı 11 nəfər ölüb, onlardan ikisi azyaşlıdır.

“Foro Penal” təşkilatının məlumatına görə, onlarla insan yaralanıb, 177 nəfər həbs edilib.

Müxalifət liderləri təkid edirlər ki, onların namizədi Edmundo Qonzales Uqo Çavesin onillik müdafiəçisi və Kremlin müttəfiqi Nikolas Madurodan iki dəfə çox səs toplayıb.

Paytaxtdan kənarda etirazçılarla polis arasında toqquşmalar davam edir.

Loading

Next Post

Ərdoğandan Haniyənin qətlə yetirilməsinə - Reaksiya

“HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə ⁠qarşı Tehranda edilmiş xain sui-qəsdi şiddətlə qınayır və lənətləyirəm”. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında bildirib. “İsmayıl Haniyəyə Allahdan rəhmət, ailəsinə səbr diləyirəm”, – deyə o qeyd edib. Qeyd edək ki, İ.Haniyənin dəfn mərasimi avqustun 1-i baş tutacaq.