XIV Leo: Donald Trampla polemikaya girmək istəmirəm

Oxunma vaxtı:31 Saniyə

Roma Papası XIV Leo ABŞ Prezidenti Donald Trampın onun ünvanına tənqidlərinə münasibət bildirib.

AFP-nin xəbərinə görə, Əlcəzairə səfər edən XIV Leo Trampla polemikaya girmək istəmədiyini, bundan sonra da müharibəyə qarşı çıxışlarını davam etdirəcəyini deyib.

“Mən onunla (Trampla) polemikaya girmək istəmirəm. Mesaj eynidir – sülhü təşviq etmək”, – Roma Papası əlavə edib.

Qeyd edək ki, Tramp Roma Papasını ABŞ-ın müharibə ilə bağlı addımların dəstəkləmədiyi üçün tənqid edib.

“Əgər mən Ağ Evdə olmasaydım, Leo Vatikanda olmazdı. Təəssüf ki, Leonun cinayətkarlıq və nüvə silahları ilə bağlı zəif cəhətləri mənə xoş gəlmir”, – Tramp bildirib.

Tramp xüsusən Roma Papasının ABŞ-ın bəzi addımlarını dəstəkləməməsindən narazılığını dilə gətirib.

Loading

Next Post

Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib

Orxan Rəcəb oğlu Səttarov Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi təyin edilib.Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.