Nazirlər Kabineti kənd təsərrüfatının siyahıyaalınmasına dair qərarını dəyişib

Oxunma vaxtı:26 Saniyə

Nazirlər Kabineti “2025-ci ildə kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” 4 oktyabr 2023-cü il tarixli qərarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Dövlət Statistika Komitəsi kənd təsərrüfatının siyahıyaalınması başa çatdıqdan sonra bu məqsəd üçün alınmış planşet tipli kompüterlərin Elm və Təhsil Nazirliyi ilə yanaşı ölkənin şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin (hər birinə bir ədəd olmaqla) balansına verilməsi məqsədilə qanunvericiliyə uyğun zəruri tədbirlər görəcək.

Loading

Next Post

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,53 ABŞ dolları, yaxud 2,02 % azalaraq 74,06 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 71,46 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]