Ərdoğan: Türkiyə NATO-ya öz imkanlarını təqdim etməyə hazırdır

Oxunma vaxtı:27 Saniyə

Türkiyə NATO-ya öz imkanlarını təqdim etməyə hazırdır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, Türkiyənin ən böyük uğurlarından biri müdafiə sənayesində əldə etdiyi sıçrayışdır:

“Yüksək ixrac potensialı sayəsində ölkəmiz bu sahədə dünyanın aparıcı dövlətləri sırasına daxil olub. NATO-nun ən böyük quru qoşunlarından birinə malik ölkə kimi malik olduğumuz imkan və bacarıqları ehtiyac duyulan hər yerdə alyansın xidmətinə təqdim etmək əzmindəyik”.

Ərdoğan Türkiyənin müdafiə qabiliyyətlərini gücləndirmək üçün müxtəlif layihələrə əlavə 24 milyard dollar vəsait ayıracaqlarını da bildirib.

Loading

Next Post

HHQ və XTQ komandanları təltif olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Havva Qüvvələri (HHQ) və Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanlarını təltif edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, general-polkovnik Z.Həsənovun müvafiq əmrinə əsasən müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Namiq İslamzadə fəxri fərman, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, […]