Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb

Oxunma vaxtı:27 Saniyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türküstandakı Xoca Əhməd Yəsəvi məqbərəsinə nadir əlyazma Quran nüsxəsi bağışlayıb.

Bu gün Türk Dövlətləri Təşkilatının Türküstanda keçirilən qeyri-rəsmi sammitinin iştirakçı ölkələrinin liderləri Xoca Əhməd Yəsəvi Məqbərəsini ziyarət ediblər.

Səfər zamanı Ərdoğan UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş məqbərəyə Osmanlı xəttatı Əhməd Şəmsəddin Karahisari tərəfindən yaradılmış əlyazma Quran hədiyyə edib.

Akordanın məlumatına görə, qonaqlara türk-islam dünyasının tanınmış mütəfəkkirlərinin və şairlərinin 45 kitabından ibarət ekspozisiya təqdim edilib. Onların arasında Nizaminin “Xəmsə”si, Füzulinin “Leyli və Məcnun” poeması və digər nadir əsərlər var.

Loading

Next Post

Tramp "dünyanın ən fəal terrorçusu"nun məhv edildiyini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp İŞİD terror təşkilatının Afrika qitəsindəki liderlərindən birinin məhv edildiyini açıqlayıb. Amerika lideri müvafiq bəyanatı “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yayımlayıb. “Bu gün axşam mənim göstərişimlə rəşadətli Amerika hərbçiləri və Nigeriya Silahlı Qüvvələri dünyanın ən fəal terrorçusu – Əbu Bilal əl-Minukinin döyüş meydanından kənarlaşdırılması üzrə diqqətlə hazırlanmış […]