Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq

Oxunma vaxtı:33 Saniyə

Bu gün Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Kamal Rəhimov, Dadaş Bünyadzadə, Xaqan Dadaşov, Xıdır Mustafayev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin tarixdə və saatlarda Nizami RETSİ ərazisindəki Komplekt Transformator Məntəqələrində həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar planlı fasilə Keşlə qəsəbəsi Mirzə Ələkbər Sabir və Energetik küçələrinin bəzi yerlərini əhatə edəcək.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Loading

Next Post

Şuşada mədəni və etnik müxtəliflik üzrə beynəlxalq konfrans keçirilir

Şuşada “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir. “Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbir “Mədəni və Etnik Müxtəliflik Mərkəzi” İctimai Birliyi tərəfindən “İpək Yolu” Mədəni-Tarixi Araşdırmalar İctimai Birliyi ilə birgə təşkil edilib. Konfransda 10 ölkə – Azərbaycan, ABŞ, Fransa, Litva, Polşa, Çexiya, […]