Xankəndi şəhərində yeni yaşayış binaları tikiləcək

Oxunma vaxtı:43 Saniyə

Xankəndi şəhərində aparılan genişmiqiyaslı tikinti quruculuq işləri çəricəvəsində yeni yaşayış binaları inşa ediləcək.

Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov bu gün keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda panel çıxışı zamanı bildirib.

Qeyd edib ki, Xankəndi şəhərində inşa edilən yaşayış binalarının əksəriyyəti ötən əsrin 1950-1960-cı illərində inşa olunub:

“Şəhərin müxtəlif küçə və prospektlərində yerləşən və o zamanlar Azərbaycan hökümətinin maliyyə dəstəyi ilə tikilmiş hündürmərtəbəli yaşayış binalarının əksəriyyəti artıq istismar müddətini başa vurub. Əksəriyyəti qəzalı vəziyyətdə olan binalar müvafiq qurumların rəyi əsasında sökülərək yerində müasir, Azərbaycanın memarlıq üslubuna uyğun hündürmərtəbəli yaşayış binaları tikiləcək. İnşaat işləri dövlət büdcəsi hesabına yox, özəl sektor tərəfindən tikinti şirkətləri vasitəsilə həyata keçirəcək. Bu da doğma Xankəndidə dayanıqlı məskunlaşmaya və yeni iş yerlərinin yaranmasına səbəb olacaq. Bir sözlə, özəl sektor tərəfindən həyata kecirləcək tikinti işləri bölgədə iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcək”.

Loading

Next Post

Azərbaycan Çin şirkəti ilə enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzalayıb

“Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycanla Çinin hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafı kontekstində Energetika Nazirliyi və “China Energy Engineering Corporation Limited” şirkəti arasında enerji sahəsində hərtərəfli strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Sənədi energetika naziri Pərviz Şahbazov və şirkətin vitse-prezidenti Bo Wang imzalayıblar. Saziş Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində […]