KİV: ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail Livanda hərbi əməliyyatları davam etdirəcək

Oxunma vaxtı:26 Saniyə

ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail Livandan çıxmayacaq və Hizbullaha qarşı əməliyyatlara davam edəcək.

“Ynet”in xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla telefon danışığında deyib.

Məlumatlı mənbələr bildirib ki, Netanyahu Trampa İsrail ordusunun Livanda ələ keçirdiyi mövqeləri əlində saxlayacağını və Hizbullaha məxsus infrastrukturun məhv edilməsinə davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, ötən gecə ABŞ və İran arasında əldə olunan razılaşmada müharibənin bütün cəbhələrdə, o cümlədən Livanda da dayandırılması şərti öz əksini tapıb.

Sözügedən razılaşmanın 19 iyun tarixində İsveçrədə imzalanacağı gözlənilir.

Loading

Next Post

Bakıda 31, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda iyunun 16-da havanın 32 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu […]