Tramp: Avropa bir çox cəhətdən öz işinin öhdəsindən gələ bilmir

Oxunma vaxtı:29 Saniyə

ABŞ-nin Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskiyə ABŞ-nin Ukrayna münaqişəsini sonlandırmaq barəsində təklifini oxumağı məsləhət görüb.

Bunu Tramp “Politico”ya verdiyi müsahibədə bildirib.

“Zelenski təklifi oxumalıdır. Əgər onlar razılaşmanı oxumurlarsa, Rusiya ilə işləri çətin olacaq, çünki Rusiyanın üstünlüyü var. Onlar daha çoxdurlar və daha güclüdürlər”, – D.Tramp deyib.

Avropa ölkələrinin danışıqlar prosesində iştirakı məsələsini şərh edərkən, Tramp deyib ki, “onlar işlərini görə bilmirlər”.

“Avropa ölkələri heç bir şey etmirlər. Onlar danışırlar, lakin heç bir iş görmürlər. Müharibə hələ də davam edir. Avropa bir çox cəhətdən öz işinin öhdəsindən gələ bilmir”, – ABŞ Prezidenti qeyd edib.

Loading

Next Post

Corat və Qobu qəsəbələrinin bəzi ərazilərində qaz olmayacaq

Sabah Corat və Qobu qəsəbələrinin bəzi ərazilərində qaz tachuzatı dayandırılacaq. “Azəriqaz”dan verilən məlumata görə, Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsində və Abşeron rayonu, Qobu qəsəbəsi Q.Xaliqov küçəsində qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 10.12.2025-ci saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı müvəqqəti dayandırılacaq.