“Avroviziya 2027” müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək

DogruSozTv Az
Oxunma vaxtı:34 Saniyə

71-ci “Avroviziya” müsabiqəsi növbəti ilin may ayında Burqas şəhərində (Bolqarıstan), “Arena Burgas”da baş tutacaq.

Bu barədə Avropa Yayım İttifaqı (EBU) məlumat yayıb.

“Avropa Yayım İttifaqı (EBU) və Bolqarıstan Milli Televiziyası (BNT) məmnuniyyətlə bildirir ki, Burqas şəhəri 2027-ci ilin may ayında 71-ci Avroviziya mahnı müsabiqəsinin keçiriləcəyi yer olaraq seçilib. Avroviziya həftəsi ərzində Burqasda müsabiqəyə həsr olunmuş zəngin tədbirlər proqramı keçiriləcək”, – EBU-nun məlumatında bildirilib.

Müsabiqənin birinci yarımfinalı mayın 11-də, ikinci yarımfinalı isə mayın 13-də baş tutacaq. Final mayın 15-də olacaq. Ənənəyə görə, müsabiqə ötən il qalib gəlmiş ölkədə keçirilir.

“Avroviziya” ilk dəfə olaraq Bolqarıstanda keçiriləcək. Ölkənin təmsilçisi, müğənni Dara bu il “Bangaranga” mahnısı ilə qələbə qazanıb.

Loading

Next Post

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən müvəqqəti dayandırılacaq. Bu barədə Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marşrutu isə avqustun 14-dən fəaliyyətə başlayacaq. […]