Şahbaz Şərif ABŞ, İsrail və İranı gərginliyin azalması üçün dialoqu davam etdirməyə çağırıb

Oxunma vaxtı:35 Saniyə

Pakistanın Baş naziri Şahbaz Şərif Yaxın Şərqdəki münaqişənin tərəflərini təmkinli olmağa və gərginliyin azalması üçün dialoqu davam etdirməyə çağırıb.

Baş nazir bunu “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Pakistan hökumətinin başçısının sözlərinə görə, dövlətlər arasındakı münaqişələrin həllinə diplomatik yanaşma silahlı qarşıdurmadan fərqli olaraq böyük perspektivlər vəd edir və nəticəyə nail olma şansını artırır.

“Yaxın Şərqdə zorakılığın son dalğası kövrək atəşkəslə bağlı təhlükələrin və onun səbəb ola biləcəyi ağır nəticələrin xatırlatmasıdır. Qardaşlarımız və tərəfdaşlarımızla birlikdə münaqişənin diplomatik həll yolunun tapılması üzərində vicdanla və diqqətlə işləyərək bütün tərəfləri səmimi şəkildə təmkinlilik nümayiş etdirməyə və sülhə daha bir şans verməyə çağırırıq. Gəlin zorakılıq və dağıntılar əvəzinə parlaq uğur perspektivləri vəd edən sülh və diplomatiya yolunda qalmağa davam edək”, – o yazıb.

Loading

Next Post

Azərbaycan və Gürcüstan XİN başçıları Cənubi Qafqazın əhəmiyyətini müzakirə ediblər

İstanbulda keçirilmiş Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının 10-cu Üçtərəfli Görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həımkarı Maka Boçorişvili ilə görüşüb və birgə layihələrin irəlilədilməsinə dair ortaq sadiqliklərini bir daha təsdiq ediblər. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) və C. Bayramovun “X” sosial şəbəkə hesablarlında məlumat […]